Miroslav Kloze dünya çempionatları tarixindəki qol rekordunun yaxın zamanda qırıla biləcəyini istisna etməyib və Lionel Messi ilə Kilian Mbappe barədə danışıb.
Sportal.az xəbər verir ki, Kloze bildirib ki, rekordun qırılması onu narahat etmir:
“Gözləyirəm ki, rekordum artıq bu dünya çempionatında qırıla bilər. Turnir daha genişlənib, oyunların sayı artıb və bu da qol vurmaq üçün daha çox imkan deməkdir. Həm Messi, həm də Mbappe turnirdə uzağa gedəcək və bu məni tamamilə qane edir. Gec-tez bu rekord yenə də qırılacaqdı.
Əgər bu baş verərsə, istərdim ki, rekordu məhz Messi qırsın. Mən həmişə onun böyük pərəstişkarı olmuşam – o, əsl dahidir.
Bundan əlavə, mən Argentina millisinin baş məşqçisi Lionel Skaloniyə də böyük hörmət bəsləyirəm. Biz "Latsio"da birlikdə oynadığımız dövrdə ona Roma şəhərini göstərmişdim və hələ də yaxşı dostuq”, – deyə Kloze bildirib.
saytlarin hazirlanmasi
