Mahir Emrelinin transferi üçün danışıq aparacaqlar - tanınmış klub

12:49 - 14 İyun 2026

APOEL-in Mahir Emrelini transfer etmək istədiyi barədə xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, millimizin vingeri “Kayzerslautern”də çox da oynamaq şansı tapmadığı üçün oradan ayrılmaq istəyir.

Onu hazırda israrla istəyən klub APOEL-dir. Nikosiya təmsilçisi bu yay Mahirin keçidini həll etməyi düşünür.

Kipr nəhənginin artıq "Kayzerslautern"ə rəsmi müraciət etdiyi də bildirilir.

28 yaşlı futbolçunun Almaniya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti