"Arsenal" Mərakeş millisinin 18 yaşlı futbolçusu üçün hərəkətə keçdi

00:46 - 15 İyun 2026

"Arsenal" 18 yaşlı yarımmüdafiəçi Ayyoub Bouaddi üçün transfer danışıqlarına başlayıb.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, London klubu hələlik "Lill"ə rəsmi təklif göndərməyib, lakin futbolçunun nümayəndələri ilə artıq ilkin danışıqlar aparılır. Fransa klubu gənc futbolçunu təxminən 70 milyon avro dəyərində qiymətləndirir.

Bouaddi DÇ-2026 çərçivəsində Braziliya millisi ilə 1:1 bitən oyunda start heyətində debüt edib.

Ötən mövsüm isə o, "Lill" ilə Liqa 1-də 30 oyuna çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti