"Bavariya" 24 yaşlı vingeri üçün illik 25 milyon avro maaş təklif edəcək - 5 illik müqavilə

23:14 - 14 İyun 2026

"Bavariya" Maykl Olise ilə müqaviləni 2031-ci ilə qədər uzatmağı planlaşdırır və bunun üçün futbolçuya rekord təklif hazırlayır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen klubu 24 yaşlı fransız vingerə vergilər çıxılmadan illik təxminən 25 milyon avro maaş təklif etməyə hazırdır. Bu məbləğ onun hazırkı qazancından təxminən iki dəfə çoxdur və onu komandanın ən yüksək maaş alan futbolçuları sırasına çıxaracaq.

Beləliklə, Olise maaş baxımından Jamal Musiala ilə eyni səviyyədə olacaq. Bundan əlavə, yeni müqavilədə böyük imza bonusu da nəzərdə tutulur. Bonusun məbləğinin təxminən 22 milyon avro olacağı və bu göstəricinin Alfonso Davies yeni müqavilə imzalayarkən aldığı bonusla müqayisə edilə biləcəyi bildirilir.

Klub rəhbərliyi, xüsusilə də müşahidə şurası, maaş və bonus xərclərinin artmasını məhdudlaşdırmağa üstünlük versə də, Olise kimi aparıcı futbolçuların komandada saxlanılması üçün bu cür investisiyaların vacib olduğunu qəbul edir.

Xəbər xətti