"Varajdin"in futbolçusu, başa çatan mövsümün yarısını "Zirə"də icarə əsasında keçirmiş Rüfət Abdullazadə "Turan Tovuz"a keçə bilər.
Sportal.az saytına verilən məlumata görə, "Turan Tovuz" yarımmüdafiəçini heyətinə qatmaq üçün danışıqlar aparmağı planlaşdırır.
Kurban Berdiyev hələ futbolçu "Səbail"də oynayarkən onu sərəncamında görmək istəyirdi.
"Zirə"də cəmi 7 görüşdə meydana çıxmış Abdullazadənin yeni mövsümün hazırlıqlarına "Varajdin"də başlamaq ehtimalı da yüksəkdir.
Onun "Turan Tovuz"da icarə əsasında oynamaq ehtimalı da az deyil.
Abdullazadə “Zirə”dən savayı, Azərbaycanda “Sumqayıt” və “Səbail” klublarında oynayıb. Rüfətin Xorvatiya klubu ilə müqavilə müddəti 2028-c il mayın 31-nə qədərdir.
saytlarin hazirlanmasi
