"Bavariya"dan 55 milyon avroluq transfer

14:23 - 15 İyun 2026

PSV-nin futbolçusu İsmael Saybari karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Bavariya" mərakeşli vingerin keçidini həll edib. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Almaniya çempionu 25 yaşlı oyunçu üçün Niderland klubuna 55 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, PSV İsmael Saybarini 2020-ci ilin yayında "Genk"dən transfer edib. Mərakeş millisinin üzvü 2025/26 mövsümündə Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti