Daha bir mövsüm İtaliyada qalmaq istəyir

19:47 - 16 İyun 2026

Niko Pas növbəti mövsümü "Komo"nun heyətində keçirmək istədiyini "Real" rəhbərliyinə bildirib.

Sportal.az ​İspaniya mediasına istinadən xəbər verir ki, Madrid klubu gənc oyunçunu geri almaq variantını aktivləşdirməyi planlaşdırır. Lakin futbolçu özü daha bir mövsüm Sesk Fabreqasın komandasında icarə əsasında çıxış etməkdə israrlıdır.

​21 yaşlı hücumameyilli yarımmüdafiəçi hesab edir ki, "Komo"da keçirəcəyi daha bir il onun inkişafı baxımından faydalı olacaq.

Qeyd edək ki, Niko Pas 2024-cü ilin yayından "Komo"da çıxış edir. Argentina millisiinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti