Niderland millisinin kapitanı: "Künc zərbəsindən qol buraxmaq xüsusilə məyusedicidir"

20:13 - 15 İyun 2026

Niderland millisinin kapitanı Vircil van Deyk 2026-cı il Dünya Kuboku qrup mərhələsinin ilk turunda Yaponiyaya qarşı keçirilmiş(2:2) görüşü şərh edib.

Sportal.az FİFA-ya istinadən xəbər verir ki, təcrübəli futbolçu ilk oyunda qələbə qazana bilməməklərinə rəğmən uğurlu nəticələr göstərəcəklərinə inandığını bildirib:

"Sonda çox dərin müdafiəyə oturduq, amma təbii ki, vəziyyət də bunu tələb edirdi. Rəqibimiz çox qol şansı yaratmadı, ona görə də künc zərbəsindən qol buraxmaq xüsusilə məyusedicidir. Reallıq budur, bir xal qazandıq və indi İsveçlə oyunu səbirsizliklə gözləyirik. Sadəcə irəliləməyə davam etməliyik. Bu, yalnız başlanğıcdır və turnirə giriş etməliyik. Ümid edirəm ki, qarşıda daha çox oyunumuz olacaq. Ən sonunda qol buraxdığımız üçün bu, o qədər də xoş deyil, amma irəliləyəcəyik".

Qeyd edək ki, Niderland Yaponiya, İsveç və Tunislə eyni qrupda yer alıb.

Xəbər xətti