"Real" Almaniya millisinin üzvü ilə müqavilə imzaladı

15:06 - 16 İyun 2026

"Real" mövsümün sonunda müqaviləsi başa çatanj Antonio Rüdigerlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Almaniyalı futbolçu La Liqa nəhəngində qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. Almaniya millisinin üzvü 2025/26 mövsümündə madrid təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti