Milli komandanı fransız məşqçiyə tapşırdılar - DÇ iştirakçısı

13:22 - 16 İyun 2026

Səudiyyə Ərəbistanı millisinin sabiq  çalışdırıcısı Herve Renard Tunis millisinin baş məşqçisi təyin ediləcək.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesabı ilə uduzan Tunis baş məşqçisi Sabri Lamuşi ilə yollarını ayırmışdı. 

Federasiya rəhbərliyi tez bir zamanda baş məşqçi axtarışına çıxıb və Renarla anlaşıb.

Tunis millisinin növbəti oyunu iyunun 21-də Yaponiya yığmasına qarşı olacaq.
 

Xəbər xətti