"Sabah"dan növbəti transfer

10:47 - 16 İyun 2026

"Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçunun icarəsi ilə bağlı Sloveniyanın "Maribor" klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qabonlu futbolçu ilə yeni, 3 illik müqavilə imzalanıb.

Mbina bu ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır.

O, "Sabah"ın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti