"Qarabağ"ın rəqibi bilindi - Avropa Liqası

19:07 - 16 İyun 2026

Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkatması bu gün keçirilib.

Sportal.az xəbər verir ki, püşkatmadan əvvəl “Qarabağ” səpələnmişlər sırasında yer alıb. 

Ağdam təmsilçisinin rəqibi bəlli olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İslandiyanın "Vestri" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında I mərhələnin oyunları 9 və 16 iyul tarixlərində keçiriləcək.
 

Xəbər xətti