"Şamaxı"dan ayrılan milli üzvü bu klubla anlaşdı

17:12 - 16 İyun 2026

“Şahdağ Qusar” növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Ravil Qafarovla müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçunun müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ravilin son klubu “Şamaxı” olub. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvüdür.

Xəbər xətti