Türkiyə Superliqasına yeni vəsiqə qazanan “Çorum” heyətinə ulduz futbolçular da cəlb edə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi “Botafoqo”nun müdafiəçisi Aleks Telleslə maraqlanır.
"Çorum" 33 yaşlı müdafiəçi üçün danışıqlara başlayıb. Keçidin baş tutub-tutmayacağı yaxın günlərdə dəqiqləşəcək.
Tellesin “Botafoqo” ilə müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir.
O, karyerası ərzində “Yuventude”, “Qremio”, “Qalatasaray”, “İnter”, “Porto”, “Mançester Yunayted”, “Sevilya”, “Əl-Nəsr” klublarında oynayıb.
