"Zirə"nin futbolçusu bu ölkədə çempion oldu, Azərbaycana geri qayıdır - FOTO

13:18 - 17 İyun 2026

Müqavilə ilə bu ayın sonuna qədər "Zirə"yə məxsus olan Rafael Utziq Vyetnamda ölkə çempionluğunu yaşayıb.

Sportal.az xəbər verir ki, braziliyalı mövsümün əvvəlində “Çonq An” klubuna icarəyə verilmişdi. 

O, bu komandanın heyətində ölkə çempionu olub. Futbolçunun “Zirə”də qalıb-qalmayacağı dəqiq deyil.

Amma onun bu gün Bakıya geri qayıdacağı dəqiqdir. 

Əlavə edək ki, onun qəsəbə təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

Mirbağırağa
 

Xəbər xətti