"Turan Tovuz"un hücumçusu Jo Batista komandanı tərk edə bilər.
Sportal.az saytına verilən məlumata görə, qərb təmsilçisinin forvardı qərarını dəyişib.
Öncədən Batişta yeni mövsümə “Turan Tovuz”da başlamaq qərarı vermişdi. O, təklifləri geri çevirərək, hazırkı komandasında qalmaq istəyirdi. Lakin komandanın avrokuboklara buraxılmamasından sonra təklifləri dəyərləndirmək istəyinə düşüb.
Onun xidmətində BƏƏ, Asiya klubları ilə yanaşı Azərbaycandan da bir komanda maraqlıdır. Məlumata görə, Jo Batiştanın “Turan Tovuz”la bir illik müqaviləsi qüvvədə olsa da, o, komandanı tərk edə bilər.
31 yaşlı forvard “Moqi Mirim”, “Kapivariano”, “Linense”, “Yuventus-SK”(hamısı Braziliya), “Mito”(Yaponiya),”Sportinq Kovilya”, “Çaveş”(hər ikisi Portuqaliya) klublarının formasını geyinib.
