“Sumqayıt” Futbol Akademiyasının direktoru, almaniyalı mütəxəssis Hakan Sünalla növbəti mövsüm üçün əməkdaşlıq barəsində razılaşma əldə olunmayıb.
Sportal.az xəbər verir ki, bu gün klub rəhbərliyi ilə təcrübəli mütəxəssis arasında baş tutan görüşdə ona göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən Hakan Sünalla mövcud anlaşma bu ayın sonunda başa çatacaq.
saytlarin hazirlanmasi
