"İnter" italiyalı müdafiəçi üçün 50 milyon avroluq təklif göndərdi

18:16 - 18 İyun 2026

"İnter" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, İtaliya çempionu "Atalanta"dan Marko Palestranı transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

A Seriyası nəhəngi italiyalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "İnter" 21 yaşlı sağ cinah müdafiəçisi üçün Berqamo klubuna 45+5 milyon avroluq rəsmi təklif göndərib.

Qeyd edək ki, Marko Palestra 2025/26 mövsümündə icarə əsasında "Kalyari"də çıxış edib. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti