Niderland millisnin sabiq futbolçusu Rafael van der Vaart yapon futbolçular haqda dediklərinə üzr istəyib.
Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, o, Niderland - Yaponiya görüşündən sonra “bütün yaponların üzü eynidir” şərhini vermişdi. Van der Vaar məhz buna görə niderlandlı müdafiəçilərin yaponların qarşısını ala bilmədiyini açıqlamışdı.
Bu fikirlərinə görə tənqid edilən niderlandlı üzrxahlıq edib:
"Başa düşürəm ki, bəzi insanlar sözlərimi təhqiramiz hesab ediblər. Buna görə səmimi qəlbdən təəssüflənirəm. Əgər kimisə incitmişəmsə, üzr istəyirəm. Heç kimi incitmək niyyətində deyildim. Mübahisəni ciddiyə alıram və sözlərimin müxtəlif yollarla şərh edilə biləcəyini başa düşürəm. Buna görə də bir daha aydınlaşdırmaq istəyirəm: yaponlar haqqında şərhlərimdə heç bir irqçi və ya ayrı-seçkilik niyyəti yox idi. İrqçilik etmək fikrim yox idi".
