"Tottenhem" 25 yaşlı futbolçunu transfer etdi - RƏSMİ

00:02 - 19 İyun 2026

"Tottenhem" müdafiə xəttini gücləndirmək üçün Jan Paul van Heke transferini rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, 26 yaşlı Niderland millisinin üzvü London klubu ilə uzunmüddətli müqavilə imzalayıb. Transferin dəyəri 52 milyon funt-sterlinq olub. Bundan əlavə, "Brayton" futbolçunun gələcək satışından 20% pay əldə edəcək.

Van Heke 2020-ci ilin sentyabrında "Brayton"a təxminən 1,8 milyon funt qarşılığında keçmişdi və o vaxtdan bəri klubun əsas müdafiəçilərindən birinə çevrilmişdi.

Xəbər xətti