"Barselona" İspaniya millisinin üzvünü transfer etmək istəyir

12:58 - 20 İyun 2026

"Rasinq"in müdafiəçisi Xorxe Salinas ölkəsində klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Salinasın La Liqaya yüksələn klubla müqaviləsində 8 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. "Barselona" 19 yaşlı sol cinah müdafiəçisi üçün bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, Xorxe Salinas "Rasinq"in yetirməsidir. İspaniya U-19 millisinin üzvü ötən mövsüm Santander təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 7 qol ötürməsi edib.

Xəbər xətti