"Qarabağ" Bədavi Hüseynovla müqavilənin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb.
2012-ci ildən "atlılar"ın formasını geyinən Azərbaycan millisinin üzvü Premyer Liqada 267 oyunda 5 qol vurub.
O, 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub.
Bədavi yığmanın heyətində 82 oyun keçirib.
saytlarin hazirlanmasi
