"Real"ın yetirməsi Premyer Liqa klubunda - İspaniya yığmasının sabiq üzvü Azərbaycanda

12:39 - 21 İyun 2026

“Araz-Naxçıvan” növbəti legioneri heyətinə qatmağa hazırlaşır.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi Alberto Fernandezin keçidini həll edib. Premyer Liqa klubu 26 yaşlı yarımmüdafiəçi ilə danışıqları müsbət yekunlaşdırmağı bacarıb.

Yaxın günlərdə onun keçidi rəsmi olaraq açıqlanacaq. O, başa çatan mövsümü Kipr çempionatında yarışan "Akritos"da keçirib. Onunla 1+1 illik müqavilə imzalanacaq.

Onun müqavilə müddəti ötən ayın sonunda başa çatıb. “Real”ın yetirməsi olan Alberto “Real Madrid Kastilya”, “Fuenlabrada”, “Mursia”, “Sabadell”, “Rayo Mayadahonda”, “Omoniya 29 may” klublarında çıxış edib. Fernandez həmçinin İspaniyanın U-19 yığmasının şərəfini qoruyub.

Xəbər xətti