"Mançester Siti" yaxın vaxtlarda Entso Mareskanı baş məşqçi vəzifəsinə təyin edəcək.
Sportal.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.
46 yaşlı italiyalı mütəxəssis bu gün Mançesterə yola düşəcək və burada "şəhərlilər"lə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd olunur ki, "Mançester Siti" və "Çelsi" mütəxəssisin "zadəganlar"la olan müqaviləsi ilə bağlı yaşanan münaqişəni həll ediblər. Mançester təmsilçisi London klubuna 20 milyon avro təzminat ödəyəcəklər.
Xatırladaq ki, Mareska 2024-cü ilin yayından 2026-cı ilin yanvarına qədər "Çelsi"yə rəhbərlik edib.
saytlarin hazirlanmasi
