"Neftçi" Mahmudov və Balayevlə müqavilə müddətini artırdı

19:48 - 21 İyun 2026

"Neftçi" kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Emin Mahmudov 2017/2018 mövsümündən "Neftçi"nin formasını geyinir. Emil Balayevin 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində "ağ-qaralar"ın şərəfini qoruyub. 

Xəbər xətti