İspaniya millisi Braziliyanın rekordunu təkrarladı - 28 il sonra

22:46 - 21 İyun 2026

İspaniya yığma komandası rəsmi matçlarda məğlubiyyətsiz seriyasını 33 oyuna çatdırıb.

Sportal.az xəbər verir ki, ispanlar DÇ-2026-nın ikinci turunda Səudiyyə Ərəbistanı yığması üzərində 4:0 hesablı qələbə qazanaraq bu göstəriciyə nail olublar.

Hazırda İspaniyanın seriyası 26 qələbə və 7 heç-heçədən ibarətdir. Bu statistikaya yoldaşlıq oyunları daxil deyil.

Komandanın son rəsmi məğlubiyyəti 2023-cü ilin martında qeydə alınıb. Həmin vaxt Şotlandiya millisi Avro-2024-ün seçmə mərhələsində ispanları 2:0 hesabı ilə məğlub etmişdi.

Bu nəticə ilə İspaniya 1993–1998-ci illərdə qeydə alınmış Brazil national football team millisinin rekordunu təkrarlayıb. Növbəti rəsmi oyunda da uduzmayacağı halda, İspaniya bu göstəricidə təkbaşına yeni rekordçu olacaq.

Xəbər xətti