Tanınmış futbolçu karyerasını başa vura bilər - məsciddə imam olmaq istəyir

13:11 - 23 İyun 2026

"Mançester Yunayted" və Mərakeş milli komandasının müdafiəçisi Nussair Mazraui dünya çempionatından sonra gözlənilmədən peşəkar karyerasını başa vura bilər.

Sportal.az xəbər verir ki, ​28 yaşlı futbolçu mənəvi yol və dini fəaliyyətlə məşğul olmaq üçün futbolu tərk etmək barədə ciddi şəkildə düşündüyünü etiraf edib:

"Dünya çempionatından sonra karyeramı bitirə bilərəm. Həyat qısadır. Qurani-Kərimi əzbərləmək və gələcəkdə məsciddə imam olmaq istəyirəm".

Nussair Mazrauinin İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt"ın qiymətləndirməsinə görə, sağ cinah müdafiəçisinin bazar dəyəri 18 milyon avro təşkil edir.

Xəbər xətti