Ronaldo Klozeyə çatdı - 3-cü pilləni bölüşürlər

20:52 - 23 İyun 2026

Kriştiano Ronaldo 2026 dünya çempionatının qrup mərhələsində Özbəkistana qarşı oyuna start heyətində başlayıb.

Sportal.az xəbər verir ki, bu qarşılaşma portuqaliyalı ulduzun dünya çempionatlarındakı 24-cü oyunu olub. Bununla da 41 yaşlı hücumçu bu göstəricidə Miroslav Klozeyə çatıb.

Dünya çempionatları tarixində Ronaldodan daha çox oyun keçirən cəmi iki futbolçu var: Lothar Matteus (25 oyun) və hazırda Argentina millisi ilə 2026 dünya çempionatında iştirak edən Lionel Messi (28 oyun).

Beləliklə, Ronaldo mundial tarixində ən çox oyun keçirən futbolçular siyahısında üçüncü pilləni Kloze ilə bölüşür və növbəti matçlarda Matteusun göstəricisini geridə qoymaq şansına malikdir.

Xəbər xətti