"Qalatasaray" İspaniya klubuna 15 milyon avroluq təklif göndərdi

17:50 - 24 İyun 2026

"Selta"nın yarımmüdafiəçisi İlayş Moriba karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" qvineyalı oyunçunu transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.

Türkiyə çempionu İspaniya klubuna 15 milyon avroluq təklif göndərib. Klubu isə 23 yaşlı futbolçu üçün 20 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Selta" İlayş Moribanı 2024-cü ilin yayında "Leyptsiq"dən transfer edib. Qvineya millisinin üzvü 2025/26 mövsümündə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti