"İnter"in transfer siyahısında yer alan "Atalanta"nın müdafiəçisi Marko Palestra karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Çelsi" italiyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. London nəhəngi 21 yaşlı sağ cinah müdafiəçisi üçün Berqamo klubuna 55 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Marko Palestra 2025/26 mövsümündə icarə əsasında "Kalyari"də çıxış edib. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
