Braziliya millisi DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda Şotlandiyanı 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, bu matçda Neymar da iştirak edib. 34 yaşlı vinger 76-cı dəqiqədə meydana daxil olub.
Beləliklə, 34 yaşlı Neymar Braziliya milli komandasının tarixində dörd dünya çempionatında iştirak edən dördüncü futbolçu olub. Ondan əvvəl bu nailiyyətə Canlmu Santos, Pele və Kafu imza atıblar.
Neymar daha öncə Braziliya millisində 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında çıxış edib.
saytlarin hazirlanmasi
