"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"da - RƏSMİ

10:34 - 25 İyun 2026

"Zirə"dən ayrılan Rövlan Muradov "Araz-Naxçıvan"a keçib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi ilə klub arasında anlaşmanın müddəti 1 ildir.

“Qəbələ” klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyinib. Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Xəbər xətti