Azərbaycan millisinin üzvü Xorvatiya klubunun düşərgəsinə yollandı

11:34 - 25 İyun 2026

Azərbaycan milli komandasının üzvü Rüfət Abdullazadə Xorvatiyaya yollanıb.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Varajdin"in düşərgəsindədir.

O, məxsus olduğu komanda ilə məşqlərə start verib. 25 yaşlı futbolçu 2028-ci il mayın 31-nə qədər “Varajdin”lə müqaviləsi var.

Abdullazadənin yeni mövsümə bu klubda başlayıb-başlamayacağı dəqiq deyil. Başa çatan mövsümün yarısını “Zirə”də keçirmiş Abdullazadənin “Varajdin”də də qalmaq ehtimalı da var.

Lakin onun başqa kluba icarəyə verilmək variantı da yüksəkdir. Əlavə edək ki, “Varajdin” bu mövsüm də avrokuboklarda, Konfrans Liqasında iştirak edəcək.

Xəbər xətti