“Partizan”ın baş məşqçisi: “Cəfərquliyev bizə lazım olan oyunçulardan biridir”

18:39 - 25 İyun 2026

"Sumqayıt"ın sabiq baş məşqçisi, hazırda Serbiyanın "Partizan" klubuna rəhbərlik edən Saşa İliş futbolinfo.az saytına müsahibə verib.

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis "Qarabağ"ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyevin Belqrad təmsilçisinə mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. İliç 25 yaşlı futbolçunun oyununu bəyəndiyini deyib:

"O, ən yaxşı oyunçulardan biridir, “Qarabağ”ın əsas heyət oyunçusu idi. Son vaxtlar onunla bağlı nə baş verdiyini bilmirəm. Amma bu oyunçunu bəyənirəm — oyun tərzini, keyfiyyətini. O, top səviyyəli azərbaycanlı futbolçudur.

Bizə yüksək səviyyəli oyunçular lazımdır və Elvin də onlardan biridir. Gələcəkdə nə olacağını dəqiqləşdirməmişəm. Düzünü desəm, bunun mümkün olub-olmadığını bilmirəm. Amma oyunçunu bəyənirəm. Azərbaycanda bir il işlədim və “Qarabağ”ın çox oyununu izləmişəm. O, həqiqətən çox yaxşı futbolçudur".

Xəbər xətti