Yığma komandadakı karyerasını yekunlaşdırmaq qərarı aldı

10:49 - 26 İyun 2026

“Bayer”in hücumçusu Patrik Şik milli karyerası ilə bağlı qərar qəbul edib.

Sportal.az xəbər verir ki, forvard Çexiya yığma komandasındakı karyerasını başa vurmaq qərarına gəlib.

O, milli komandada debütünü 2016-cı il mayın 27-də etmişdi. Həmin vaxtı Şik Malta yığmasına qarşı meydana çıxmışdı. O, millidə 56 oyun keçirib və 26 qol vurub.

30 yaşlı forvard “Sparta”(Praqa), “Bohemians”, “Sampdoriya”, “Roma”, “Leyptsiq” klublarında oynadıqdan sonra 2020-ci ildə “Bayer”ə keçib.
 

Xəbər xətti