"Qarabağ" Andradenin transferindən nə qədər qazanıb?

16:39 - 27 İyun 2026

Ukraynanın "Polesye" klubu "Qarabağ"dan Leandro Andradeni transfer etdiyini açıqlayıb.

Sportal.az xəbər verir ki, bu barədə Jitomir təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa klubu 26 yaşlı vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

"Qarabağ"ın Andradenin transferindən nə qədər gəlir əldə etdiyi də məlum olub. "Transfermarkt" portalının məlumatına görə, "Polesye" kabo-verdeli futbolçu üçün Azərbaycan klubuna 3 milyon avro (5.797.000 manat) ödəyib.

Xəbər xətti