Belçika qrup lideri oldu, Misir ilk dəfə pley-offa yüksəldi - DÇ-2026

10:20 - 27 İyun 2026

DÇ-2026-da qrup mərhələsinin oyunları yekun vurulur.

Sportal.az xəbər verir ki, bu gün G qrupunda sonuncu turun görüşləri keçirilib.
Belçika yığması Yeni Zelandiya ilə üz-üzə. Qarşılaşma "qırmızı şeytanlar"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb. Xalarını 5-ə yüksəldən Belçika millisi qrupu lideri olub. 1 xalla sonuncu yeri tutan Yeni Zelandiya isə mundialla vidalaşıb.

Qrupun digər matçı Misir və İran seçmələri arasında baş tutub. Burada qollu heç-heçə qeydə alınıb. 5 xalı olan Afrika təmsilçisi tarixi ərzində ilk dəfə adını növbəti raunda yazdırıb. 3 xal toplayan İran qrupda 3-cü yeri tutub.

Yeni Zelandiya - Belçika 1:5
Qollar: E.Cast, 85 - L.Trossard, 28, 50, K.D.Bruyne, 66, R.Lukaku, 86, A.Salenakers, 90+4

Misir - İran 1:1
Qollar: M.Saber, 5 - R.Rezaeyan, 14

Xəbər xətti