"Adidasın dünya çempionatı üçün hazırladığı bu top qollar üçün yaradılıb"

00:29 - 27 İyun 2026

Keçmiş Danimarka millisinin qapıçısı Kasper Şmeyxel "Adidas"ın dünya çempionatı üçün hazırladığı toplar barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, o bildirib ki, topun konstruksiyası futbolçuların daha çox qol vurmasına imkan yaradır.

“Bu topun fərqli konstruksiyası var, cəmi dörd paneldən ibarətdir. Üzərində tikiş yoxdur, bütün hissələr yapışdırılıb. Bu xüsusiyyət hava şəraiti və havanın sıxlığı ilə birləşəndə müqavimət azalır, top daha az fırlanır, amma bir qədər sürətli uçur. Bunu hiss etmək olur.

Qapıçıların az qala çatdığı bir neçə qol var – məsələn, Jordan Pikford Xorvatiyanın ilk qolunda, Luka Zidan Lionel Messinin zərbəsində, Eduard Mendi isə Kilian Mbappe ilə epizodda topa demək olar ki, çatırdı.

Məsələ ondadır ki, bu top qollar üçün hazırlanıb. O, əvvəlki toplar kimi çox "oynamır", amma ona vurulan zərbə bir qədər sürətli alınır. Bu xırda fərq kimi görünə bilər, lakin qapıçılıq məhz millimetrlərin oyunudur”, – deyə Şmeyxel bildirib.

Xəbər xətti