Türkiyə milli komandası DÇ-2026-nın qrup mərhələsinin sonuncu turunda ABŞ yığmasını 3:2 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "ay-ulduzlular" qələbəyə baxmayaraq mundialda mübarizəni dayandırıblar. Baş məşqçi Vinçentso Montella matçdan sonra keçirilən mətbuat konfransında komandasının turnirdəki çıxışını dəyərləndirib:
"90+8-ci dəqiqədə Kaanın və hamımızın sevinci bir həftə ərzində necə hazırlaşdığımızı göstərir. Bu komanda bunu haqq etmirdi. Federasiya prezidenti və futbolçularımız üçün yaxşı oldu. Hamı duyğulandı, mən də. Qürurumuz üçün oynadıq, qələbə vacib idi. Bacardıq və xoşbəxtik. Buna çox inanıram ki, kimi milliyə çağırmışıqsa, hamısı əsas heyət oyunçusudur. 1-ci dəqiqədə qol buraxdıq. Əgər nə etdiyini bilən bir komanda olmasaydıq, bu oyunu çevirə bilməzdik. Bunu hər kəsə göstərdik. İlk iki matçda da bu ruhu göstərdik, lakin futbolda bəzən alınmır. Yenidən ayağa qalxma günüdür. Bu qələbə min zəfərə bərabər oldu. İlk matçda top dirəkdən içəri girə bilərdi, amma kənara getməyə üstünlük verdi. İkinci matçda da bənzər hallar yaşandı. Futbolun qəribəlikləri bunlardır. Daha fərqli nəticələr ola bilərdi, amma vəziyyət budur.
İdeal şəraitdə məşq etmədik. Amma ani şəkildə uyğunlaşmağımız lazım idi. Noyabr ayında seçmə mərhələdən çıxsaydıq, fərqli olardı. Martın sonu və aprelin əvvəlində dünya çempionatına qatılmağı təmin etdik. Qısa müddətdə bu təşkilatlanmaları etmək mümkün görünmürdü. Ani şəkildə uyğunlaşmalı idik. Qısa müddət olduğu üçün düşərgə yerini dəyişə bilmədik. Tənqidlər edildi və komandanın üzərində fərqli təzyiq yaradıldı. Hər şey daha fərqli ola bilərdi.
Komandamız çox böyük təzyiq və çətinliklər altında qaldı. Buna baxmayaraq, yaxşı reaksiya verdilər. Psixoloq deyiləm və bu sahədə təhsilim yoxdur. Lakin əlimdən gəldiyi qədər onlara psixoloq kimi yanaşmağa çalışdım. Psixoloqa ehtiyac olmayacaq. Komanda xarakterinin və bacarıqlarının nə qədər güclü olduğunu göstərdi. Bir daha dünya çempionatına qatılmaq üçün 24 il gözləməyəcəyik".
saytlarin hazirlanmasi
