"Səbail"dən növbəti transfer

17:19 - 27 İyun 2026

2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportalaz xəbər verir ki, I Liqa təmsilçisi Bahadur Həziyevlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Bahadur Həziyev əvvəlki illərdə də “Səbail”in şərəfini qoruyub. Onun son klubu "Mingəçevir" olub.

Xəbər xətti