"Real"ın müdafiəçisi DÇ-2026-da çıxış etməyəcək

22:47 - 12 May 2026

Dani Karvahal 2026-cı il dünya çempionatında oynamayacaq.

Sportal.az xəbər verir ki, futbolçu İspaniya millisinin 55 nəfərlik geniş heyətinə daxil edilməyib.

"Real"dan siyahıya üç futbolçu düşüb: müdafiəçilər Dean Huysen və Fran Qarsiya, həmçinin hücumçu Qonzalo Qarsiya.

Qeyd edək ki, geniş siyahıda Alvaro Morata da yoxdur. Yekun heyətə 26 futbolçu daxil ediləcək.

Xəbər xətti