PSJ hücumçu Xulian Alvarezin transferi ilə bağlı “Atletiko” ilə danışıqlar aparır.
Sportal.az "El Chiringuito"ya istinadən xəbər verir ki, Fransa klubu 26 yaşlı hücumçu üçün 150 milyon avrodan çox pul ödəyə bilər.
Alvarez 2024-cü ilin yayından bəri Madrid klubunda oynayır. Bu mövsüm hücumçu bütün yarışlarda 49 oyunda meydana çıxıb, 20 qol vurub və doqquz məhsuldar ötürmə edib.
Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.
saytlarin hazirlanmasi
