"Mançester Yunayted"in yarımmüdafiə xəttinə transfer planı - 3 namizəd

22:26 - 12 May 2026

"Mançester Yunayted" yarımmüdafiə xəttini gücləndirmək üçün işləri sürətləndirib.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, mançesterlilər "Atalanta"nın futbolçusu Ederson və "Vest Hem"in oyunçusu Mateus Fernandes ilə yaxından maraqlanırlar.

Həmçinin “qırmızı şeytanlar” hələ də Karlos Balebanı əsas transfer hədəflərindən biri hesab edir və potensial keçidlə bağlı ciddi iş aparıb. "Brayton"un futbolçusunu DÇ-2026-dan əvvəl transfer etmək istəyirlər.

Xəbər xətti