"Sabah" sensasiyalı şəkildə "Qarabağ"ı geridə qoydu" - Qazaxıstan mətbuatı

11:18 - 12 May 2026

Qazaxıstan mətbuatı Avropa liqalarında bu mövsüm erkən çempionluq qazanmış klublardan yazıb.

Sportal.az xəbər verir ki, “Sport Şredinqer” portalı Azərbaycan çempionu olmuş “Sabah”ı da bu siyahıy qeyd edib:

"2017-ci ildə qurulan "Sabah" Çempionlar Liqasına görə diqqəti yayınan "Qarabağ"ı sensasiyalı şəkildə geridə qoydu. Mayın 13-də "Sabah" mövsümü dublla tamamlaya bilər: onlar kubokun finalında liqada beşinci yerdə olan "Zirə" ilə qarşılaşacaqlar. "Sabah"ın liderlərindən biri Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovdur ki, o, 30 liqa oyunundan yalnız birini buraxıb. Pokatilov artıq Azərbaycanda üç titul qazanıb".
 

Xəbər xətti