“Slaviya”ya komandanın azarkeşləri Çexiya çempionatının ev oyunu zamanı meydana pirotexniki vasitələrlə qaçaraq "Sparta"(Praqa) oyunçularına hücum etdiyinə görə texniki məğlubiyyət verilib.
Sportal.az xəbər verir ki, bu barədə klubu mətbuat xidməti məlumat yayıb.
Çexiya Futbol Liqasının intizam komitəsi həmçinin "Slaviya"nın növbəti dörd ev oyununu azarkeşsiz keçirmək qərarını verib. Klub həm də 10 milyon Çexiya kronu (təxminən 820 min manat) cərimələyib.
Qeyd edək ki, hadisə səbəbindən hakim oyunu dayandırıb. "Sparta" futbolçuları matça davam etmək istəmədikləri üçün görüş bərpa edilməyib.
İntizam komitəsinin qərarından sonra "Sparta" çempionatın bitməsinə üç tur qalmış "Slaviya"dan beş xal geridə qalır və turniri qazanmaq şansını qoruyub-saxlayır.
saytlarin hazirlanmasi
