Futbol üzrə Azərbaycan II Liqasında XXVI turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" "Quba"nı 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, sona 1 tur qalmış "Qaradağ Lökbatan" 70 xalla 2-ci sırada yer alıb. İlk pillədə qərarlaşan "Xankəndi"nin isə 73 xalı var.
II Liqa, XXVI tur
11 may
"Qaradağ Lökbatan" - "Quba" 3:0
Qollar: İ.Əliyev, 35, V.Hüseynov, 58, İ.Ağayarov, 78
