Cənubi Koreya çempionatında 14-cü turun matçları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi "Daejon" "Qanqvon"a 0:2 uduzub.
Anton görüşə əsas heyətdə başlayıb və sona qədər meydanda olub.
27 yaşlı futbolçunun komandası turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
