"Neftçi" çempion oldu

19:50 - 13 May 2026

"Neftçi"nin qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olub.

Sportal.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun yetirmələri sona 2 tur qalmış “Sumqayıt” üzərində 6:0 hesablı səfər qələbəsi qazanmaqla çempionluğu rəsmiləşdirib.

Bununla da “ağ-qaralar” növbəti dəfə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

Xəbər xətti