Çempionlar Liqası: "Sabah"ın 10 potensial rəqibi bəlli oldu

12:36 - 13 May 2026

2026/2027 mövsümündə UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Sabah" turnirə I təsnifat mərhələsindən başlayacaq.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi burda səpələnməmişlər səbətində yer alacaq.

Aktivində 6 min xal olan Azərbaycan çempionunun 14 potensial rəqibindən 10-u artıq dəqiqləşib: 

Şemrok Rovers (İrlandiya)
KuPS (Finlandiya)
Drita (Kosovo)
Boraç (Bosniya)
Linkoln (Cəbəllütariq)
Vikinqur (İslandiya)
Kayrat (Qazaxıstan)
Riqa (Latviya)
Klaksvik (Farer adaları)
Flora Tallin (Estoniya).

Əlavə edək ki, "Sabah" II təsnifat mərhələsinə vəsiqə qazanarsa, yenə də səpələnməmişlərin səbətində yer alacaq. Komandanın burdakı mümkün potensial 12 rəqibindən 9-u məlumdur.

Srvena Zvezda (Serbiya)
Dinamo Zaqreb (Xorvatiya)
Slovan (Slovakiya)
Çelye (Sloveniya)
Ferentsvaroş (Macarıstan)
Omoniya (Kipr)
Şemrok (İrlandiya)
KuPS (Finlandiya)
Drita (Kosovo)

I təsnifat mərhələsinin püşkü iyunun 16-da, ikincinin isə iyunun 17-də baş tutacaq. 

Xəbər xətti