"Real" ardıcıl 2-ci dəfə 2-ci pillədə

23:42 - 13 May 2026

"Real"ın 2025/26 mövsümündə yekun tutacağı yer müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Vilyarreal"ın bu gün "Sevilya"ya 36-cı turda 2:3 hesabı ilə məğlub olması madridlilərin artıq ikinci yeri əldən verməyəcəyini rəsmiləşdirib. Komanda ardıcıl ikinci mövsüm La Liqani 2-ci pillədə başa vuracaq.

"Vilyarreal" isə hələ 3-cü yeri təmin etməyib. Çempionatın bitməsinə iki tur qalmış onunla "Atletiko" arasında fərq 3 xaldır.

Xəbər xətti